PKK-nın "komandir"i, narıncı kateqoriyadakı terrorçunun zərərsizləşdirilməsi ilə Hakkarinin Alandüz bölgəsində terrorçular təmizləndi.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, separatçı terror təşkilatının sözdə icraçı kadrlarını hədəfə alan Türkiyə hərbçiləri hər gün zərərsizləşdirilənlər sırasına bir yenisini əlavə edir.
Nəhayət, daxili işlər naziri Süleyman Soylu türk əsgərinin daha bir uğurunu açıqladı.
Hakkarinin Alanduz bölgəsinin də terrorçulardan təmizləndiyini vurğulayan nazir Soylu, PKK-nın sözdə komandiri, narıncı kateqoriyalı terrorçunun da zərərsizləşdirildiyini açıqlayıb.
Sosial media hesabında paylaşım edən nazir Soylu bu ifadələrdən istifadə edib:
"PKK-nın sözdə komandiri narıncı kateqoriyalı terrorçu gizləndiyi mağarda aparılan əməliyyat zamanı yaranan qarşıdurmada zərərsizləşdirilib. Qəhrəmanlarımıza halal olsun”.
Digər tərəfdən zərərsizləşdirilən terrorçunun Hakkari Dağlıca-Alandüz bölgəsində CILO-nun sözdə bölgə sorumlusu "Alişer intiqam" kod adlı Emrah Arpak olduğu üzə çıxıb.
QAZİLER.AZ