Saakaşvili ölümünün yaxınlaşdığını deyib

Saakaşvili ölümünün yaxınlaşdığını deyib backend

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə öldüyünü və 20-dən çox xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, “Politico” nəşrinə müsahibəsində ölümünün yaxınlaşmasından danışıb.

“2021-ci ilin oktyabrında azad və ədalətli parlament seçkilərini dəstəkləmək üçün Gürcüstana qayıdanda (…) 54 yaşlı sağlam, enerjili bir kişi idim. Sonra Gürcüstan hakimiyyəti tərəfindən dərhal həbs olundum. (...) Həbsdə olanda səhhətim kəskin şəkildə pisləşdi və mən indi ölürəm. Mən 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm, bunların hamısı həbsdə oldu”, - deyə siyasətçi bildirib.

QAZİLER.AZ

Diaspora