Müge Anlı canlı yayımda ağladı – VİDEO

Müge Anlı canlı yayımda ağladı –  VİDEO backend

“Müge Anlı ilə Tatlı Sert” verilişinin aparıcısı Müge Anlı balaca Arelin itkin düşməsi ilə bağlı yaxınlarının danışığına hirslənərək ağlamağa başlayıb.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, aparıcının verdiyi reaksiya gündəm olub.

Belə ki, verilişə müraciət edən Aydın və Hamidiye cütlüyü 3 yaşında olan nəvələri Areli axtarırmış. Balaca Arelin ana-atası faciəvi şəkildə avtomobil qəzasında vəfat edib. Uşağa həmin vaxtda ana nənə və babası baxmağa başlayıb. Bir müddətdən sonra Arel itkin düşüb. Məlum olub ki, Areli ata nənə və babası qaçırdıb.

Efirə qatılan hər iki tərəf arasında mübahisə yaşanıb. Mübahisə zamanı Arelin ölən ana və atasının kəfən pulu üstündə davanın düşdüyünü görən Müge Anlı əsəblərinə hakim ola bilməyib və ağlayıb:

“İki nəfərin canı gedib, ortalıqda 3 yaşlı uşaq qalıb, hələ də dəsmaldan danışırsız. Balaca uşaq ortalıqda qalıb, siz kəfən pulu deyirsiniz. O uşaqdan ayıbdır”, - ifadələrini işlədib.

QAZİLER.AZ

Diaspora