Namaz vaxtı infarkt keçirən şəxsin həyatını bələdiyyə sədri xilas etdi

Namaz vaxtı infarkt keçirən şəxsin həyatını bələdiyyə sədri xilas etdi backend

Namaz qılarkən infarkt keçirən Nəzmi Başarana ilk olaraq məsciddə olan həkim və Yunusemre Bələdiyyə Başçısı Mehmet Çerçi və qadın şöbəsinin tibb bacısı kömək edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Manisanın Yunusemre rayonunda təravih namazı qılarkən infarkt keçirən Nəzmi Başarana ilk olaraq məscidin həkimi olan Yunusemre Bələdiyyə Başçısı Mehmet Çerçi və qadın şöbəsinin tibb bacısı kömək edib. Sonra Başaran xəstəxanaya aparılıb.

Ötən gecə Nəzmi Başaran  Uncubozköy məscidində təravih namazı qılarkən huşunu itirərək yerə yıxılıb. Başarana ilk müdaxiləni məsciddə namaz qılan Yunusemre Bələdiyyə Başçısı Mehmet Çerçi göstərib. Çerçinin ürək masajı etdiyi və qadın şöbəsindən tibb bacısının da süni tənəffüs verildiyi Başaranı sonradan gələn həkim briqadası xəstəxanaya çatdırıb. Ürək tutması aşkarlanan Nəzmi Başaran Manisa Cəlal Bayar Universiteti Hafsa Sultan Xəstəxanasına aparılıb.

Hazırda Başaranın reanimasiya şöbəsində müalicəsi davam edir.

QAZİLER.AZ

Diaspora