Ukraynada 81 yaşlı rus agenti tutuldu: Belarusa qaçmaq istəyib - VİDEO

Ukraynada 81 yaşlı rus agenti tutuldu: Belarusa qaçmaq istəyib - VİDEO backend

Ukraynanın Jitomir vilayətində aprelin 1-də sərhədçilər dövlətə xəyanətdə şübhəli bilinən 81 yaşlı kişini saxlayıblar.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, o, Belarusla sərhədi sənədsiz keçməyə cəhd edib.

Bu barədə Jitomir Vilayət Prokurorluğunun spikeri Tatyana Qoşa məlumat verib.

Saxlanılan şəxsin artıq dövlətə xəyanətdə şübhəli bilinən 81 yaşlı Jitomir sakini olduğu üzə çıxıb. Onun yanında 4000 avro nağd pul, planşet və Ukrayna hərbi hissələrinin yerini qeyd etdiyi dəftər olub.

Həmin şəxs yanında şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün Belarusa qanunsuz daxil olmağı planlaşdırıb. Bundan əlavə, jitomirli özünü sərhədçilərə başqa adla təqdim edib.

Prokurorluğun məlumatına görə, həmin şəxs Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə əməkdaşlıq edib və Ukrayna əsgərlərinin texnikasının və Jitomirdəki mühüm hərbi obyektlərin koordinatlarını onlara verib.

QAZİLER.AZ

Diaspora