Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarını bərpa etmək istəyir

Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarını bərpa etmək istəyir backend

Türkiyə Rusiya-Ukrayna müharibəsinin başa çatmasına çalışır. Ölkə hakimiyyəti Rusiya və Ukraynanı sülh danışıqları masasına qaytarmaq istəyir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, Türkiyənin bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti tərəflərin yaxın aylarda ciddi hücuma hazırlaşdığını görür. Bununla belə, həm Ukrayna, həm də Rusiya danışıqlara qayıtmalıdır.

“Biz də bundan narahatıq və ən qısa zamanda danışıqlar masasına oturmaq üçün Ukraynanın sərhəd və ərazi bütövlüyü təmin olunmaqla güclü sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik”, - deyə Çavuşoğlu bildirib.

QAZİLER.AZ

 

Diaspora