Qaynını küçədə öldürən qadın həbs edildi - VİDEO

Qaynını küçədə öldürən qadın həbs edildi -  VİDEO backend

Türkiyənin Şanlıurfa şəhərində münasibətdə olduğu qaynını küçənin ortasında öldürən qadın həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, arxasınca düşdüyü qaynını təhdidlər aldığına görə silahla vuran qadının ifadəsi ortaya çıxıb. 

Hülya B.: "Onunla olmam üçün məni telefonda davamlı olaraq rahatsız edirdi"- deyib.

3 uşaq anası Hülya B. ərinin qardaşı Ferdi B.-ni tapança ilə vuraraq onun başı üzərində dayanaraq gözləyib.

Daha sonra gənc qadın polisə təslim olarkən, ağır yaralanan şəxs hadisə yerində edilən ilk müdaxilənin ardından təcili yardımla Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Burada müalicə alan şəxsi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.

Hülya B. polis idarəsində verdiyi ifadəsində günahını etiraf edib.

Qadın ifadəsində peşman olmadığını və bunu namusu üçün etdiyini deyib.

QAZİLER.AZ

 

Diaspora