Aprelin 5-də Ukraynada zəlzələ qeydə alınıb.
Qəfil təkanlar Zakarpatiyada müşahidə olunub.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Baş Xüsusi Nəzarət Mərkəzindən məlumat verilib.
Zəlzələ aprelin 5-də Kiyev vaxtı ilə saat 11:41:05-də baş verib.
Zəlzələnin episentri Mukaçevo şəhərindən cənubda, 3 kilometr dərinlikdə yerləşib.
Xoşbəxtlikdən, seysmoloqların hesablamalarına görə, zəlzələ çox kiçik bal gücündə ((Rixter şkalası üzrə) 2,2 bal gücündə) olub və təsnifata görə, hiss olunmayan kimi təsnif edilib.
Ona görə də bu hadisə indiki zamanda əhali üçün təhlükə yaratmayıb.