Ukrayna müsəlmanları: Allahdan Ukraynanı qorumasını diləyirik - VİDEO

Ukrayna müsəlmanları:  Allahdan Ukraynanı qorumasını diləyirik - VİDEO backend

Ukraynada müsəlmanlar ikinci Ramazan ayıdır ki, müharibə şəraitində keçirirlər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu həftə şərq cəbhəsi yaxınlığındakı məscidə toplaşaraq namaz qılanların əksəriyyəti  əsgərlər olub.

Molla Murat Süleymanov namaz qılarkən deyib:

"Allahdan məscidimizi qorumasını diləyirəm. Allahdan Ukraynanı qorumasını və zalımların cəzasını diləyirəm. Ramazan ayı qələbə ayıdır".

44 yaşlı Səid İsmayılov müharibə başlayanda təcili yardım sürücüsü və könüllü feldşer kimi fəaliyyətə başlayıb.

İsmayılov təhlükənin içində “Allahın rizasını və himayəsini” hiss etdiyini dilə gətirib:

"Təcili yardım maşınımı qəlpələrlə dəlik-deşik olduğu vaxtlar olub. Allaha şükürlər olsun ki, xəsarət almadım".

Ərazidən çoxlu sayda insanın təxliyyə edildiyini bildirən İsmayılov: "Mən faydasız olduğumu düşündüm. Ayağa qalxıb vətəni müdafiə etməyi seçdim. İndi yaralıları təxliyə edirəm" -deyib. 

QAZİLER.AZ

Diaspora