Kadırov Moskvada məscid tikintisinin əleyhdarlarına müraciət edib: "Avtomatı götürün..."

Kadırov Moskvada məscid tikintisinin əleyhdarlarına müraciət edib: "Avtomatı götürün..." backend

Çeçenistan rəhbəri Kadırov Moskvada məscid tikintisinin əleyhdarlarına səngərlərə getməyi tövsiyə edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov Moskvada məscid tikintisinin əleyhdarlarına müraciət edərək, Rusiya torpaqlarını səngərdən avtomatla müdafiə etməyə getməyi məsləhət görüb. O, belə bir müraciətlə öz Telegram kanalında çıxış edib.

Kadırovun fikrincə, Rusiya torpaqlarının müdafiəçiləri vətənpərvərliklərini digər sahələrdə, məsələn, xüsusi hərbi əməliyyatda nümayiş etdirməlidirlər.

Kadırov həmçinin ehtimal edib ki, moskvalıların dini obyektin tikintisinə qəzəblənməsi planlaşdırılmış təxribatdır.

"Bu cür təhrikçilər ya bütün qəzəbi düşmənə atmaq üçün səfərbər edilməli, ya da informasiya təxribatçısı kimi məhkəməyə verilməlidir", -deyə Ramzan Kadırov bildirib.

QAZİLER.AZ

Diaspora