Ərdoğan Türkiyə istehsalı olan "Togg T10X" elektrik avtomobilinin ilk sahibi oldu

Ərdoğan Türkiyə istehsalı olan "Togg T10X" elektrik avtomobilinin ilk sahibi oldu backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan "Togg T10X" elektrik avtomobilinin ilk sahibi olub.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, avtomobilin açarlarının təntənəli təqdim edilməsi mərasimi Ankaradakı Prezident Kompleksində baş tutub.

"Bu gündən etibarən biz "Togg"u yollarda görəcəyik", - deyə R.T.Ərdoğan mərasimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilk "Togg" elektrik avtomobilinin hazırlanması və inkişafı, eləcə də onun hazırkı səviyyəyə çatması texnoloji və iqtisadi inkişafın, ölkənin dünya miqyasında nüfuzunun rəmzidir.

R.T.Ərdoğan "Togg"un təkcə Türkiyədə deyil, bütün dünyada avtomobil həvəskarları arasında populyarlıq qazanacağına əminliyini ifadə edib.

Mərasimdə həmçinin Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan da iştirak edib.

 

 

 

Diaspora