Gecə başlayacaq! 48 şəhərdə həyəcan siqnalı qaldırılıb

Gecə başlayacaq! 48 şəhərdə həyəcan siqnalı qaldırılıb backend

Meteorologiya Ümumi Müdirliyi son dəqiqə xəbərdarlığı etdi. Mərmərə bölgəsi üçün güclü yağış xəbərdarlığı edilib və baş verə biləcək mənfi hadisələrə qarşı diqqətli olmaq haqda məlumat verilib, 48 şəhərdə sarı və narıncı xəbərdarlıq edilib.

İstanbul Regional Proqnozlar və Erkən Xəbərdarlıqlar Meteorologiya Mərkəzindən edilən şərhdə; Mərmərə bölgəsində gözlənilən tufanların bu gecədən etibarən Yalova, Kırklareli, Tekirdağ və Ədirnə ətraflarında güclü (21-50 kq/m2) olacağı bildirilir.

Səlahiyyətlilər daşqın, nəqliyyatın hərəkətinin pozulması, şimşək çaxması, dolu, fırtına və tornado kimi neqativ hallara qarşı diqqətli və ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.

48 ŞƏHƏRDƏ SARI-NARINCI XƏBƏRDARLIQ

Meteorologiya sabah; Afyonkarahisar, Amasya, Ankara, Aydın, Balıkesir, Biləcik, Bolu, Burdur, Bursa, Çanaqqala, Çankırı, Çorum, Dənizli, Ədirnə, Eskişehir, Giresun, Gümüşhane, Isparta, İzmir, Kastamonu, Kayseri, Kırklareli, Kırşehir, Konya, Kütahya, Manisa, Muğlu, Nevşehir, Niğde, Orda, Rize, Samsun, Sinop, Sivas, Tekirdağ, Tokat, Trabzon, Uşak, Yozgat, Zonguldak, Aksaray, Bayburt, Karaman, Kırıkkale, Bartın, Yalova, Karabük, Düzce olmaq üzrə 48 şəhər üçün xəbərdarlıq edildi.

QAZİLER.AZ

Diaspora