Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun spikeri "Vaqner"in yaradıcısı Priqojinin Baxmutun “ələ keçirilməsi” ilə bağlı saxta məlumatı təkzib edib.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Baxmut şəhərində müdafiəni davam etdirirlər, Bunu Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı bildirib. O, "Vaqner" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojinin "şəhərin qanuni zəbt edilməsi" ilə bağlı bəyanatına reaksiya verib.
"Baxmut ukraynanındır və onlar heç nə ələ keçirməyiblər və yumşaq desək, ondan çox uzaqdırlar", - Çerevati Reuters-ə şərhində bildirib.
Onun sözlərinə görə, döyüşlər Vaqner ÖHŞ-nin bir qrup muzdlu əsgərinin Rusiya bayrağını qaldırdıqlarını iddia etdiyi şəhər administrasiyasının binası ətrafında gedir.
QAZİLER.AZ