Ayasofyanın qapısını qorumaq üçün şüşə arakəsmə qoyuldu - VİDEO

Ayasofyanın qapısını qorumaq üçün şüşə arakəsmə qoyuldu -  VİDEO backend

Ayasofyadakı imperator qapısının şüşə arakəsmə ilə qorunub saxlanıldığını qeyd edən Türkiyə vətəndaşı həmin anları sosial şəbəkədə paylaşıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bir qədər əvvəl Ayasofyada fotoları çəkilən iki qadın məscidin divarından parçaları çıxararaq dağıntılara səbəb olub. Başqa bir qalmaqalda isə Ayasofyanın imperator qapısı zədələnərkən, tarixi divarlara və otağa ayaqqabı ilə girilməsi sosial mediada tənqid olunmuşdu.

Görüntülər günlərlə danışıldıqdan sonra imperator qapısının ehtiyat tədbiri olaraq şüşə arakəsmə ilə mühafizə olunduğu görüntülərini paylaşan şəxs: "Ayasofyanın qapısını yeməsinlər deyə, şüşə arakəsməyə alıblar" şərhi ilə paylaşıb.

Tarixi qapının şüşədə mühafizə olunduğu görüntülər gündəm olub.

QAZİLER.AZ

Diaspora