Rusiyada bombalı sui-qəsd: Putin tərəfdarı blogger öldürüldü - FOTO

Rusiyada bombalı sui-qəsd: Putin tərəfdarı blogger öldürüldü - FOTO backend

Rusiyanın ikinci böyük şəhəri olan Sankt Peterburqda Putin tərəfdarı rusiyalı bloger Vladlen Tatarski  partlayış nəticəsində həlak olub.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Tatarskinin ölümünə səbəb olan bombanın heykəlin içərisində gizlədildiyi bildirilib. Partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

Partlayışda ölən şəxsin “Vladlen Tatarski” təxəllüsü ilə tanınan rusiyalı bloger Maksim Fomin olduğu bildirilib. Fomin Rusiya ordusunun Ukraynadakı hərəkətlərini dəstəkləyən görüntülər hazırlaması ilə tanınır.

  Tatarskinin bombanın qoyulduğu kafedəki tədbirə qonaq olaraq qatıldığı öyrənilib.

Rusiya dövlət mediasının məlumatına görə, dəbilqəli əsgərin heykəlini bir qadın Tatarskiyə hədiyyə edib. Daha sonra qadın kafedən çıxıb. Bir neçə dəqiqə sonra partlayış baş verib.

Məlum olub ki, kafe bir vaxtlar rusiyalı muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinə məxsus olub.

Rusiya hakimiyyəti insidentə görə Ukraynanı günahlandırsa da, Ukrayna tərəfi Rusiyada daxili terrorizmin baş verdiyini iddia edib.

Əsl adı Maksim Fomin olan Tatarskinin Telegram-da 560 mindən çox izləyicisi var. Digər rus hərbi bloqçularından fərqli olaraq, Tatarski cəbhəyə gedib, oradan xəbərlər hazırlayıb.

QAZİLER.AZ

Diaspora