Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 7,99 km dərinlikdə qeydə alındığı bildirilib.
Dağıntı və itki haqda məlumat verilməyib.