Türkiyənin Maliyyə və Xəzinə naziri Nəbatidən borcun məbləği barədə hesabat

Türkiyənin Maliyyə və Xəzinə naziri Nəbatidən borcun məbləği barədə hesabat backend

Türkiyənin Xəzinə və Maliyyə naziri Nurəddin Nəbati ölkənin borc büdcəsi haqqında açıqlama verərək deyib : “Ölkəmizdə dövlət maliyyəsinin ən mühüm göstəricilərindən biri olan borcun ÜDM-ə nisbəti 2002-ci ildən bu yana azalmaqda davam edir.

AB tərəfindən müəyyən edilən Türkiyənin ümumi dövlət borcunun ÜDM-ə nisbəti əvvəlki ilə nisbətən 10,1 bənd azalaraq 2022-ci ildə 31,7 faizə düşüb. 2002-ci ildə bu göstərici 71,5 faiz təşkil edib.

Bu nisbət bu gün Aİ ölkələri üçün orta hesabla təxminən 85 faizdir. Türkiyə borc baxımından ən az borcu olan ölkələr sırasında yerini getdikcə gücləndirir.

 

QAZİLER.AZ

Diaspora