Zəlzələdən sağ çıxan ailədən 3 nəfərin həyatını itirdiyi qəza anı - VİDEO

Zəlzələdən sağ çıxan ailədən 3 nəfərin həyatını itirdiyi qəza anı - VİDEO backend

Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Alanyada yeni həyata başlamaq üçün yola çıxan ailənin törətdiyi qəzanın görüntüləri yayılıb.

Qaziler.az bildirir ki, Antalyanın Alanya rayonunun Yeşilöz səmtində baş verən hadisədə Qazipaşa-Alanya istiqamətində hərəkət edən Sefa Cengizin idarə etdiyi avtomobil sürücünün  idarəetməni itirməsi nəticəsində yoldan çıxıb.

Sürüşərək yağış suyu kanalına düşən avtomobil metrlərlə sürüklənərək yuvarlanıb.

Hadisə yerinə polis, jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Qəza nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.

Onlar Kahramanmaraşdan gəlirmişlər.

QAZİLER.AZ

 

Diaspora