Bu gün, martın 31-də günortadan sonra rus işğalçıları Zaporojyeyə raketlərlə hücum ediblər. Düşmənin zərbəsi nəticəsində yaralananlar var.
Qaziler.az bildirir ki, RBC-Ukraynanın məlumatına görə, Fövqəladə Hallar Dövlət Xidmətinin baş idarəsinin spikeri Yuliya Barışeva bu barədə "Суспільне"yə şərhində deyib.
"Raket hücumu nəticəsində iki nəfər yüngül xəsarət alıb, onlara yerindəcə tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilməkdən imtina ediblər. Üç yaşayış binasına da ziyan dəyib, iki ev qismən dağılıb”, - Fövqəladə Hallar Nazirliyinin sözçüsü bildirib.
QAZİLER.AZ
.