Rusiya aprelin 5-dən Ermənistandan süd məhsullarının tədarükünü dayandıracaq.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Ermənistandan Rusiyaya süd məhsullarının çatdırılması aprelin 5-dən dayandırılacaq. Çoxsaylı pozuntular aşkar edən yoxlamalar nəticəsində "Rosselxoznadzor" Ermənistan baytarlıq xidmətindən ölkənin bütün müəssisələrindən ixrac üçün malların sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.
Bu barədə Rusiya departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, martın 20-dən 24-dək süd emalı müəssisələrində yoxlama aparılıb. Yoxlamanın nəticəsi göstərib ki, bu respublikanın baytarlıq xidməti Rusiya istehlakçıları üçün məhsulların təhlükəsizliyinə zəmanət verə bilməz.
QAZİLER.AZ