Rus hərbçiləri İran dronları ilə Xarkov vilayətinə hücum edib

Rus hərbçiləri İran dronları ilə Xarkov vilayətinə hücum edib backend

Rusiya Ukraynanın Xarkov vilayətinə bir gündə iki dəfə hücum edib. Onlar Xarkovu S-300 raketləri, bölgələri isə pilotsuz təyyarələrlə vurub.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, İran dronları "Shahed"lə hücum martın 30-da gecə yarısı baş verib. Rusiyanın bir neçə pilotsuz təyyarəsi İzyum bölgəsini vurub.

"Dünən gecə düşmən İzyum rayonundakı mühüm infrastruktur obyektlərinə "Şahed" PUA ilə hücum edib. 44 və 66 yaşlı iki mülki şəxs yaralanaraq xəstəxanaya yerləşdirilib", - Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Səhər saatlarında “Vostok” Hərbi Hava Komandanlığı bildirib ki, düşmən şimal istiqamətindən, ehtimal ki, “Şahed-131/136” zərbə PUA-larından istifadə edib. Rusiya pilotsuz təyyarələrinin böyük əksəriyyəti məhv edilib.

QAZİLER.AZ

Diaspora