Vladimir Zelenski martın 30-da axşam ənənəvi olaraq ukraynalılara müraciət edib və 400 gündür davam edən müharibədən danışıb.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu gün Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından 400 gün keçir.
Zelenski bildirib ki, ukraynalılar 400 gündə böyük yol keçiblər. Ukrayna 2022-ci ilin fevral ayının ən ağır günlərindən sağ çıxdı və bu qışa da tab gətirə bildi.
Prezident qeyd edib ki, ukraynalılar 2022-ci ilin yazından keçdi. Müharibənin gedişatını Ukraynanın müdafiəsi lehinə dəyişdirən o yaz idi. 2022-ci ilin yay və payızında ukraynalılar yazda baş verən şimal rayonlarının azad edilməsinin təsadüfi olmadığını sübut etdilər.
Ukrayna Kiyev, Çerniqov, Sumi vilayəti uğrunda döyüşdən sağ çıxdı. Ukrayna Xarkov vilayətinin rayonlarını, Xersonu geri qaytarıb. Ukrayna Baxmut və Donbası qəhrəmancasına müdafiə edir. Zelenski bütün bunların ukraynalıların qəhrəmanlığı olduğunu vurğulayıb. Dünya bunu unutmayacaq.
QAZİLER.AZ