İstanbulun Avcılar rayonunda yeni doğulan körpəni məscidin qarşısındakı ağacın altına basdıran iki nəfərin dua etdikdən sonra hadisə yerindən uzaqlaşdığı anlar kameralara əks olunub.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbulun Avcılar rayonundakı Cahide Yılmaz məscidinə avtomobillə gələn iki nəfər yeni doğulan körpəni məscidin qarşısında ağacın altında qoyub.
Üstünə körpəni dəfn etmək istəyənlər əvvəlcə dua oxuyublar.
Hadisədən sonra gəldikləri avtomobilə minən şəxslər hadisə yerini tərk edərkən, səhər saatlarında körpəni tapan bir uşaq məscid işçilərinə xəbər verib.
Basdırılmış körpəni görən vətəndaşlar vəziyyətlə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları iki nəfəri tutmaq üçün işə başlayarkən, körpə yarılma üçün morqa aparılıb.
Qısa müddətdə biri qadın olmaqla iki nəfər tutulub.
İki nəfərin körpəni basdırdığı o anlar təhlükəsizlik kamerasına anbaan əks olunub.
QAZİLER.AZ