Ukrayna Silahlı Qüvvələri rusları Baxmutun təchizat xətlərindən birindən geri otuzdurub. “Vaqner” qrupunun şəxsi heyəti ilə bağlı problemlər var.
Qaziler.az "RBC-Ukrayna"-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Tvitter hesabında məlumat yayılıb.
Hesabatda qeyd edilir ki, son həftələrlə müqayisədə rus qoşunlarının hücumlarının sayı azalsa da, Baxmut uğrunda döyüşlər davam edir.
Britaniya kəşfiyyatının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin əsas nailiyyətlərindən biri Vaqner qrupunun rus döyüşçülərinin 0506 saylı marşrutdan sıxışdırılması əməliyyatı olub. Bu ikinci dərəcəli kənd yolu ukraynalı müdafiəçilər üçün mühüm təchizat xəttinə çevrilib.
Qeyd olunur ki, "Vaqner" qrupu əvvəllər marşrutdan bir neçə yüz metr aralıda idi.
QAZİLER.AZ