Türkiyənin İzmir bölgəsində 3,5 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İzmirin Buca rayonunda Rixter cədvəli ilə 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ Manisada da hiss olunub.
AFAD-ın məlumatına görə, episentri İzmirin Buca rayonunda saat 23.51-də 3,5 bal gücündə zəlzələ baş verib. Yerin 9,2 kilometr dərinliyində baş verən zəlzələ İzmirlə yanaşı Manisada da hiss olunub.
QAZİLER.AZ