Rusiya Baxmut bölgəsində bir gündə 200-dən çox hərbçi itirib - Sergey Çerevatı

Rusiya Baxmut bölgəsində bir gündə 200-dən çox hərbçi itirib -  Sergey Çerevatı backend

Ukrayna hərbçiləri gün ərzində davamlı döyüşlərin getdiyi Baxmut bölgəsində 203 rus əsgərini məhv edib və yaralayıb.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun spikeri Sergey Çerevatı deyib.

"Yalnız Baxmut qəsəbəsi ərazisində bir gündə düşmənlə 14 toqquşma olub. Gün ərzində 86 işğalçı öldürülüb, 117 nəfər yaralanıb. Düşmənin "Qvozdika" özüyeriyən qurğusu və elektron döyüş məntəqəsi olan "Strij" də məhv edilib”, - Çerevatı bildirib.

O, həmçinin əlavə edib ki, Baxmut istiqamətində düşmən bir sutka ərzində 194 zərbə endirib. Şəhərin özü də düşmən tərəfindən 70 dəfədən çox atəşə tutulub.

QAZİLER.AZ

 

Diaspora