Hadisə Türkiyənin Dənizli rayonunda baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun Pamukkale küçəsində mübahisə etdiyi 55 yaşlı həyat yoldaşı Barış S.E.-ni kürəyindən bıçaqlayaraq öldürən Emel E.-nin "qısqanclıq" zəminində qətli törətdiyi iddia edilib.
Qatil qadın hadisə yerinə gələn polis əməkdaşları tərəfindən gözaltına alınıb.
İlk ifadəsində ərinin ona hücum etdiyi üçün bıçaqladığını deyən Emel E. həbs edilib.
Hadisə ilə bağlı araşdırmanı davam etdirən polis ailə yaxınlarının ifadələrini alıb.
Polis bu ifadələrə əsasən Barış S.E.-nin keçmiş həyat yoldaşı ilə daimi əlaqədə olduğunu və Emel E.-nin bu vəziyyətdən narahat olduğunu müəyyən edib.
Hadisə baş verən gecə spirtli içki də qəbul edən cütlüyün qısqanclıq zəminində mübahisə etdiyi və qətlin bu səbəbdən törədildiyi iddia edilir.
QAZİLER.AZ