Norveçin Mühafizəkarlar Partiyasının Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə mükafat təyin etməsi Gürcüstan Xarici İşlər Nazirliyində Norveç səfiri Helen Sand Andersen ilə görüşündə müzakirə mövzusu olub.
Qaziler.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı xəbər verir.
Gürcüstan Xarici İşlər Nazirliyi diplomata məlumat verib ki, mükafatın Saakaşviliyə verilməsi vəzifə səlahiyyətlərindən sui-istifadə və insan hüquqlarının pozulmasında təqsirli bilinən məhbus statusu ilə bir araya sığmır.
Səfir öz növbəsində qeyd edib ki, Saakaşviliyə mükafatın təqdim edilməsi ölkə hakimiyyətinin qərarı deyil, konkret siyasi partiyanın təşəbbüsüdür.
Bu gün Tbilisidə, Norveç səfirliyinin binası yaxınlığında keçmiş prezidentin əleyhdarlarının mitinqi keçirilib.
QAZİLER.AZ