Ukraynada müharibə davam edir.
Bu ölkədə yaşayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin sədri Şəhriyar Məhərrəmov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, yaşadığı Lvov şəhərində mütəmadi olaraq həyəcan siqnalları verilir.
“Raket zərbələri endirilsə də, hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilir”, - deyə o əlavə edib.
Qeyd edilib ki, Rusiyanın raket hücumlarını artırmasına səbəb Ukraynanın əks-hücum əməliyyatlarıdır.
O da bildirilib ki, havanın soyuq olması Ukraynanın əks-hücumları intensivləşdirməsinə mane olur. Lakin yaxın günlərdə bu hücumların artacağı gözlənilir.