Ukrayna sərhədçiləri “vaqneriçilər”in Baxmutdakı sığınacağını dağıdıblar - VİDEO

Ukrayna sərhədçiləri “vaqneriçilər”in Baxmutdakı sığınacağını dağıdıblar - VİDEO backend

Ukrayna sərhədçiləri şiddətli döyüşlərin davam etdiyi Donetsk vilayətinin Baxmut şəhərində "Vaqner" ÖHŞ-in muzdlularının sığınacağını məhv ediblər.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Dövlət Sərhəd Xidmətinin Telegram-ına istinadən məlumat yayıb.

"Xidmətin Luqansk dəstəsinin sərhədçiləri digər hərbi qulluqçularla birlikdə möhkəmləndirilmiş şəhərdə işğalçıları məhv etməkdə davam edir.

Onlar yaxın zamanlardakı döyüşdə Baxmutun küçələrinin birində "vaqnerçilər"in sığınacağını dağıdıblar. İşğalçılar buradan Ukrayna Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturdukar", deyə məlumatda bildirilir.

QAZİLER.AZ

 

Diaspora