“Qərbin reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına təsir etməyəcək”.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Belə bir reaksiya, əlbəttə ki, Rusiyanın planlarına təsir edə bilməz. Rusiya Prezidenti Vladimir Putin şənbə günü müsahibədə verdiyi açıqlamalarında hər şeyi izah etdi. Onun sözlərinə əlavə ediləcək heç nə yoxdur”, - deyə o qeyd edib. (oxu.az)
Mənbə: İzvestiya