Türkiyənin Qaziantep şəhərində həyat yoldaşını və qaynını öldürdüyü üçün həbs edilən və bir müddət əvvəl azadlığa çıxan 65 yaşlı Mehmet Kaçan baş evində iftar yeməyinə dəvət etdiyi 1 oğlunu öldürüb, digər oğlunu və nəvəsini yaralayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İddialara görə, bir müddət əvvəl həbsdən çıxan Mehmet Kaçan 3 oğlu və 2 nəvəsini bağ evinə iftar süfrəsinə dəvət edib. İftardan sonra oğlunu və nəvəsini şirniyyat almağa göndərən Mehmet Kaçan ilə evdə qalan oğulları Sinan Kaçan, Hüseyn Kaçan və nəvəsi Hakan Kaçan arasında mübahisə düşüb.
Qısa müddətdə böyüyən mübahisə zamanı Mehmet Kaçan üzərindəki silahla bir-birinin ardınca 2 oğlu və 1 nəvəsinə atəş açıb. Sinan Kaçan, böyük qardaşı Hüseyn Kaçan və oğlu Hakan Kaçan yaralanıb. Silah səslərini eşidən məhəllə sakinlərinin çağırışı ilə hadisə yerinə jandarma və təcili tibbi yardım briqadası hadisə yerinə gəlib. məlum olub ki, Sinan Kaçan aldığı güllə yarasından ölüb.
Arvadını öldürdüyünə görə 15 il həbs olunan, çıxdıqdan sonra iftar dəvətində mübahisə etdiyi 1 oğlunu öldürüb, digər oğlunu və nəvəsini yaralayan Mehmet Kaçan hadisə yerindən qaçsa da yaxalanıb və həbs edilib.
QAZİLER.AZ