Polşa hakimiyyəti ölkənin təhlükəsizliyinin gücləndirilməsinə çalışır.
Qaziler.az bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski söyləyib.
"Varşava Kiyevə bütün MiQ-29 qırıcılarını verməyəcək. Çatdırılmalar ardıcıllıqla həyata keçiriləcək".
“Xeyr, mən düşünmürəm ki, biz bütün MiQ-29 qırıcılarını Ukraynaya verəcəyik”, – Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski RMF 24-ə şərhində belə deyib.
Onun sözlərinə görə, çatdırılmanın effektli olmasını təmin etmək üçün döyüş təyyarələri ardıcıllıqla veriləcək. Bundan əlavə, diplomat Polşanın da təhlükəsizliyinin gücləndiriləcəyini söyləyib.
QAZİLER.AZ