Bu gün Rəcəb Tayyib Ərdoğanın Türkiyə Prezidentiliyinə namizədliyi irəli sürüləcək.
Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Bildirilib ki, Ədalət və İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası (MHP) bu gün saat 15:00-da Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı Ali Seçki Qurumuna müraciət edəcək.
Qeyd edək ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.