Türkiyənin istiqlal müharibəsi tarixində mühüm rol oynayan Çanaqqala zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimi çərçivəsində Çanaqqala Şəhidliyi ərazisində Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarətə açılıb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Bölgə Baş İdarəsinin (ÇDGTBBİ) rəisi İsmayıl Kaşdəmir iştirak edərək Azərbaycan abidəsinin önünə çələng qoyublar.