Son 10 ildə ilk dəfə: Çavuşoğlu Misirə gedir...

Son 10 ildə ilk dəfə: Çavuşoğlu Misirə gedir... backend

QAZİLER.AZ Axar.az-a istinadən verdiyi məlumata görə, martın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə səfər edəcək.

Bu barədə Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin məlumatında bildirilib.

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Misirə şənbə günü həyata keçirəcəyi səfər iki ölkə arasında normal münasibətlərin bərpası üçün mühüm bir yol açır. Səfər iki qardaş dövlət və xalqın maraqlarına cavab verən qarşılıqlı anlaşmaya nail olmaq məqsədi ilə ikitərəfli münasibətlər, hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər üzrə dərin səviyyəli dialoqun başlanğıcı olacaq”, - Zeyd vurğulayıb.

Qeyd edək ki, bu səfər son 10 ildə Ankaradan Qahirəyə nazirlər səviyyəsində ilk səfər olacaq.

 

 

 

Diaspora