Polşa və Slovakiyanın keçmiş sovet döyüş təyyarələrini Ukraynaya təhvil vermə qərarlarını dəyərləndirən Peskov, sözügedən ölkələrin əllərindəki köhnə hərbi texnikanı məhv etməyə çalışdıqlarına diqqət çəkib.
Qaziler.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bu, bəzi NATO ölkələrinin, o cümlədən Polşanın münaqişədə birbaşa iştirak səviyyəsini artıraraq necə davrandığını göstərir.
Təbii ki, hərbi texnikanın göndərilməsi Rusiyanın apardığı xüsusi hərbi əməliyyatın nəticələrinə təsir edə bilməz, lakin bu, Ukrayna üçün əlavə problemlər yarada bilər", -deyə Peskov bildirib.
QAZİLER.AZ