Ərdoğanın səylərini yüksək qiymətləndiririk - Peskov

Ərdoğanın səylərini yüksək qiymətləndiririk - Peskov backend

Kremlin sözçüsü Peskov Ərdoğanın sülhün qorunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Kremlin sözçüsü Dmitri Peskov prezident Rəcəb Tayyib Ərdoğanın sülhün qorunması və vasitəçilik təşəbbüslərini təqdir etdiklərini bildirib.

Peskov bunu paytaxt Moskvada gündəmə bağlı jurnalistlərə verdiyi açıqlamalar zamanı deyib.

Peskov, Qurbanqulu Berdiməhəmmədovun və Ərdoğanın sülh sahəsində Nobel mükafatına namizədliyi ilə bağlı təklifini dəyərləndirərək deyib:

"Təbii ki, biz Ərdoğanın səylərini, sülhməramlı fəaliyyətini, vasitəçilik cəhdlərini, Rusiya-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı mövqeyini çox yüksək qiymətləndiririk".

QAZİLER,AZ

 

Diaspora