Ukraynada əlində qumbara olan şəxs Apellyasiya Məhkəməsinə gəlib

Ukraynada əlində qumbara olan şəxs Apellyasiya Məhkəməsinə gəlib backend

Ukraynanın Çernivts vilayətində bir nəfər qumbara və travmatik tapança ilə Apellyasiya Məhkəməsinə gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlardan sonra o, silahı könüllü olaraq təhvil verib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” yerli “Çernivetski promin” nəşrinə istinadən yazır.

Hadisə ilə əlaqədar məhkəmə binasının yanında yerləşən məktəbdən uşaqlar təxliyə edilib. Polis küçəni bağlayıb.

Qəzetin yazdığına görə, apellyasiya məhkəməsi baxdığı işə görə bir nəfər şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkumun atası qumbaranı götürərək məhkəmə binasına gəlib və onu partlatmaqla hədələyib.

Hələlik hadisə ilə bağlı rəsmi məlumat yoxdur.

 

 

Diaspora