Zəlzələdən 2 saat əvvəl həyat yoldaşının onu evdən qovması həyatını xilas etdi - FOTO

Zəlzələdən 2 saat əvvəl həyat yoldaşının onu evdən qovması həyatını xilas etdi - FOTO backend

Ayrılmaq mərhələsində olan əri tərəfindən qızı ilə birlikdə qovulan və zəlzələdən əvvəl parka sığınan Canan Tuğ və qızı Ömür zəlzələdən sağ çıxıb, həyat yoldaşı isə dağıntılar altında qalaraq ölüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Malatyada yaşayan 38 yaşlı Canan Tuğ əri 39 yaşlı əri Zeki Tuğ ilə aralarında olan problemlərə görə dəfələrlə mübahisə etmiş, bundan sonra bir neçə dəfə 3 yaşlı qızı ilə Mərsin və Hakkaridə qadın sığınacaqlarına yerləşmişdi. 

Martın 6-da, zəlzələ baş verən gün əri ilə danışmaq üçün evə gəlmiş, lakin əri onu və qızını gecə saat 2-də evdən qovmuşdu. qalacaq yeri olmayan zavallı qadın körpəsi ilə birlikdə yaxınlıqdakı parka gedib.

Kahramanmaraşın Pazarcık rayonunda saat 04.17-də baş verən 7,7 bal gücündə zəlzələyə parkda yaxalanan ana və qızı sağ qalarkən, Zeki Tuğun qaldığı bina uçub.

Ana və qızı AFAD tərəfindən Diyarbakırın çadır şəhərciyinə yerləşdirilib. Zeki Tuğun cansız bədəni zəlzələdən üç gün sonra dağıntılar altından çıxarılıb. Canan Tuğ ərinin ölüm xəbərini martın 10-da görüşdüyü baldızından öyrənib.

Canan Tuğ həyat yoldaşı ilə daha əvvəl də çox mübahisə etdiklərini ifadə edərək: “Anlaşa bilmirdik.  Boşanmaq üçün məhkəməyə müraciət etdik. Zəlzələ baş verən gecə həyat yoldaşımla dava etdim. Məni və qızımı evdən qovdu. Mənə dedi ki, qızını hara aparırsansa, apar.  O soyuq və yağışlı gecədə qızımla birlikdə parkda qaldıq. 2 saat sonra zəlzələ baş verdi".

QAZİLER.AZ

Diaspora