Slovakiya hökuməti təyyarələrin Ukraynaya göndərilməsinə razılıq verib.
Qaziler.az UNİAN-a istinadən bildirir ki, Slovakiya Ukraynaya 13 ədəd MiQ-29 qırıcısı verəcək. Bu barədə Slovakiyanın Baş naziri Eduard Heqer Twitter səhifəsində məlumat verib.
"Slovakiya hökuməti Ukraynaya 13 MiQ-29-un göndərilməsini təsdiqləyib. Verilən vədlərə əməl edilməlidir... Sevinirəm ki, başqaları da belə edir. Bu hərbi yardım Ukraynanın özünü və bütün Avropanı Rusiyadan qoruya bilməsi üçündür", - Heqer yazıb.
QAZİLER.AZ