Rusiya hərbi qüvvələri indi Baxmutda yalnız cüzi taktiki nailiyyətlər əldə edirlər.
Qaziler.az bildirir ki, Müharibə Tədqiqat İnstitutunun hesabatına görə, Rusiya qüvvələri Baxmutda az irəliləyiş əldə edir və "Vaqner" (Özəl Hərbi Şirkəti) hücumu çox güman ki, kulminasiya nöqtəsinə çatmaqdadır.
Təhlilçilər hesab edir ki, Rusiya qüvvələri indi Baxmutda yalnız kiçik taktiki uğurlar əldə edirlər.
İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatıya istinadən xəbər verir ki, o, son sutka ərzində Rusiya hərbçilərinin Baxmut bölgəsində 42 hücum cəhdi etdiyini bildirib.
QAZİLER.AZ