Rusiya ordusunun müvəqqəti olaraq hücum potensialı tükənib - Britaniya kəşfiyyatı

Rusiya ordusunun müvəqqəti olaraq hücum potensialı tükənib -  Britaniya kəşfiyyatı backend

Rusiya ordusu Donbassda hücum potensialını müvəqqəti olaraq tükəndirib və onu doldurmağa çalışacaq. Hətta lokal hücumlar indi problemlidir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Britaniya Müdafiə Nazirliyinə istinadən Twitter-də məlumat yayıb.

Xülasədə qeyd olunduğu kimi, son günlər Rusiya qüvvələri və "Vaqner" qruplaşması Baxmut şəhərinin mərkəzində Baxmutka çayının qərbində yerləşən körpü başlıqlarını zəbt edib. Əvvəlki həftə bu çay cəbhə xəttini müəyyən edirdi.

Ukrayna silahlı qüvvələri şəhərin qərb hissəsini müdafiə etməyə davam edir.

Bununla belə,  bütün cəbhə xəttində Rusiya ən azı 2023-cü ilin yanvarından bəri müşahidə edilən hücum fəaliyyətinin ən aşağı göstəricilərini nümayiş etdirir.

Britaniya kəşfiyyatının fikrincə, bu, çox güman ki, Rusiya qüvvələrinin yerləşdirilən birləşmələrin döyüş qabiliyyətini müvəqqəti olaraq tükəndirməsi ilə bağlıdır ki, hazırda hətta lokal hücumları belə davam etdirmək mümkün deyil.

QAZİLER.AZ

Diaspora