Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Boluda baş verən 4,8 bal gücündə zəlzələ vətəndaşlara qorxu anları yaşatdı.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bölgədə təkanlar davam edərkən, bu dəfə Bolu silkələnib.
AFAD yerli vaxtla saat 13.55-də 8.13 kilometr dərinlikdə 4.8 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
İstanbul, Ankara və ətraf vilayətlərdə hiss edilən zəlzələ əyalətdə qorxu anlar yaşadıb.
Zəlzələ anında vətəndaşların təşviş içində çölə çıxması təhlükəsizlik kameralarına düşüb.
Bolunun İzzet Baysal küçəsində yerləşən keçidin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə zəlzələni hiss edən vətəndaşların qorxu içində çölə qaçdığı anlar görüntülənib.
QAZİLER.AZ