Qayday Qazaxıstanda səfir postunu alacağını təsdiqləyib

Qayday Qazaxıstanda səfir postunu alacağını təsdiqləyib backend

Martın 16-da Luqansk vilayəti hərbi administrasiyasının keçmiş rəhbəri Sergey Qayday Qazaxıstanda səfir postunu ala biləcəyini təsdiqləyib.

Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə o, jurnalist Vasili Qolovanova müsahibəsi zamanı deyib.

Qayday bildirib ki, onun yerinə böyük ehtimalla hərbçi qoyulacaq. Bu arada o, başqa “cəbhə”də çalışacaq.

"Məni başqa "cəbhə"yə göndərəcəklər. Ümid edirəm ki, diplomatik iş olacaq. Çox güman ki, bu, Qazaxıstan olacaq. Bu, müzakirə olunub", - Qayday bildirib.

Bununla belə, o qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski onu başqa istiqamətdə görsə, hər şey dəyişə bilər, onun sözlərinə görə, prezidentin qərarı ilə tərəddüd etmədən razılaşacaq.

QAZİLER.AZ

Diaspora