Rusiya Federasiyasının Penza Dövlət Universitetinin tələbələrinə diplomla bərabər hərbi komissarlığa çağırış vərəqəsi veriləcək.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraynaya istinadən xəbər verir.
Penza vilayətinin hərbi komissarı Andrey Surkovun sözlərinə görə, məzunların hərbi ixtisası üzrə qeydiyyata alınması üçün çağırış vərəqələri veriləcək.
Bundan əlavə, tələbələr gündəliyə imza atmayınca ali təhsil haqqında diplom ala bilməyəcəklər.
Qeyd olunur ki, hələlik bu, yalnız 22 min tələbənin təhsil aldığı Penza Dövlət Universitetinin məzunlarına təsir edəcək.
QAZİLER.AZ