Ermənistan Baş naziri Nikol Paşinyan hazırkı ritorikanı davam etdirib, sülh müqaviləsinin imzalanmasından yayinacaqsa, hərbi toqquşmanın baş verməsi mümkündür.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
"Vasitəçi olan ABŞ və Brüssel N. Paşinyanın pozuculuq siyasətinə seyrçi qalır. Vaşinqtonun susqunluq nümayiş etdirməsi əsasən N. Paşinyanın anti-Rusiya siyasəti həyata keçirməsidir. Halbuki regionda daha məntiqli və obyektiv siyasət ortaya qoyan Azərbaycandır.
N. Paşinyan BMT -nin fakt araşdıricı missiyanın Laçın dəhlizinə və Qarabağa göndərilməsi təklifini verməsi, Rusiyanın əleyhinə olduğu üçün Vaşinqtondan dəstək alır. Halbuki, ABŞ və Avropa İttifaqı Azərbaycanın Laçın dəhlizinə nəzarət buraxılış məntəqəsi qurmasına dəstək verir. Qeyd edim ki, N. Paşinyanin təklifi sülhə və təhlükəsizliyə təhdid olaraq böhranın davam etməsini özündə ehtiva edir. Amma, Azərbaycanın təklifləri Rusiya hərbi kontingentinin fəaliyyətinə də son qoyur. Ona görə də ABŞ və Avropa İttifaqı ilə sıx işləməli və Ermənistanın diplomatik təşəbbüslərini neytrallaşdırmaq lazımdır.
Situasiya elə bir müstəviyə gəlib çıxıb ki, silahlı toqquşmanın baş verməsi mümkündür. Göründüyü kimi, yeni hərbi toqquşmanın baş verməsində Ermənistan maraqlı görünür. Bir tərəfdən N. Paşinyan "Artsax Respublikası" ifadəsini yığışdırmaqla pas ötürməklə özünün gərginlikdə maraqlı olmadığını göstərir. Halbuki, rəsmi Yerevanın Azərbaycana qarşı ərazi iddiaları davam edir", - deyə politoloq bildirib.
QAZİLER.AZ