Quranın təhqiri: Ukrayna hərbçilərinin paltarını geyinən rusiyalı hərbçilər saxta video yayaraq müsəlmanları təhqir edib.
Qaziler.az bel-news.by-a istinadən bildirir ki, martın 15-də Rusiya xüsusi xidmət orqanları, daha doğrusu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi “Reedovka” teleqram kanalı vasitəsilə guya ukraynalı hərbçilərin bütün müsəlmanlar üçün müqəddəs kitabın üzərində donuz piyini kəsdiklərini əks etdirən saxta video yayıblar. Sonra "Quran"ın cırılmış vərəqləri ilə ocaq qalayıblar.
Video çox uğursuz şəkildə redaktə olunub: "personajlar"ın üzü göstərilmir, onlar ukraynaca çox güclü rus ləhcəsi ilə danışmağa çalışırlar, sözləri təhrif edir və rus həmkarları ilə qarışdırırlar.
Təxribatçılar düşünüblərr ki, əgər onlar Ukrayna Silahlı Qüvvələrinin hərbi formasını geyinsələr, bu, tamaşaçıların bu absurd saxtakarlığa inanması üçün kifayət edər.
QAZİLER.AZ