Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki (TBMM) fraksiyası Rəcəb Tayyib Ərdoğanın yenidən prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edək ki, bu il mayın 14-də Türkiyədə Prezident və parlament seçkiləri keçiriləcək.
Xatırladaq ki, 69 yaşlı Rəcəb Təyyib Ərdoğan Türkiyə Respublikasının 12-ci prezidentidir. O, 2003-2014-cü illərdə Türkiyənin Baş naziri olub, 2014-ci ildən isə Türkiyə Prezidentidir.