Selə düşən şəxsə kömək etmək əvəzinə o anları lentə aldı - VİDEO

Selə düşən şəxsə kömək etmək əvəzinə o anları lentə aldı -  VİDEO backend

Sel fəlakəti ilə mübarizə aparan şəhərdən gələn görüntülər fəlakətin miqyasını üzə çıxarıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüntülərdə seldə qalan vətəndaşın uzadılmış əlini tutmaq əvəzinə qeyd etməyə davam edən şəxs sosial media izləyiciləri tərəfindən kəskin qınanılıb.

Türkiyədə zəlzələnin vurduğu zərəri aradan qaldırmaq üçün işlər sürətini azaltmadan davam edərkən, zəlzələnin vurduğu Hatay, Şanlıurfa, Adıyaman, Elazığ və Malatyada sel fəlakətləri baş verib.

Dünən gecədən etibarən şiddətli yağış  küçələri gölə çevirib.

Daşqınlar nəticəsində çox ev su altında qalıb. Sel sularında 10 nəfər həyatını itirib.

İtkin düşən vətəndaşların axtarışı isə sürətləndirilib.

Son paylaşılan bir video böyük əks-səda doğurub. Hadisələri lentə alan şəxsin paylaşdığı videoda onun  yanında sel sularına düşən vətəndaşın olduğu görülüb.

Həmin şəxs əlini uzadaraq kömək istəsə də videonu çəkən şəxs ona kömək etmək  əvəzinə görüntünü çəkməyə davam edib.

Sosial şəbəkədə paylaşılan video qısa zamanda gündəm olub.

Hadisənin Şanlıurfada baş verdiyi bildirilir.

QAZİLER.AZ

 

 

Diaspora